İnterpress.az xəbər verir ki, sərəncama əsasən, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Yeni nazirin dosyesini təqdim edirik:
Sahil Babayev 1980-ci ildə anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.
1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.
2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.
İnterpress.az