\”Heydər Əliyevin milli dövlətçilik strategiyasında enerji-kommunikasiya məsələləri öncül yer tuturdu\”.
İnterpress.az \”Report\” istinadənxəbər verir ki, bunu bu gün Bakıda işə başlamış Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) III Beynəlxalq \”Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya\” Forumunda çıxış edən energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropa regionunun enerji təhlükəsizliyinin təminatçısıdır: \”Azərbaycanın həyata keçirdiyi enerji siyasəti Asiya və Avropa regionunu uzun müddət bir-biri ilə əlaqələndirəcək. Düşünürəm ki, bu forumda energetikanın gələcək inkişafı ilə bağlı suallara aydınlıq gətiriləcək\”.
Nazir həmçinin qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyinə diqqətlə yanaşır: \”Azərbaycan ənənəvi enerji mənbələri ilə yanaşı, bərpa olunan enerji mənbələrinə də diqqət göstərir. Bu isə bir enerji mənbəyindən asılılığı azaldır\”.
İnterpress.az