Azərbaycanda ötən il 12 min fərdi yaşayış evi tikilibbackend

Azərbaycanda ötən il 12 min fərdi yaşayış evi tikilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istifadəyə verilmiş ümumi sahənin 102,9 min kvadrat metri doğma yurdlarını tərk etmiş məcburi köçkünlər üçün tikilmiş evlərin payına düşür.

İl ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 960,3 mln. manat olub, onun 149,8 mln. manatı dövlət, 810,5 mln. manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ötən il ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 11,5 min yaşayış evi tikib ki, onların əksəriyyəti Naxçıvan MR-da, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib.

İnterpress.az