Gəncədə evdən 30 min dollar oğurlayan şəxs tutulubbackend

Gəncədə evdən 30 min dollar oğurlayan şəxs tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Sadıllı qəsəbəsində yaşayan A.Əliyevanın evindən 30.000 ABŞ dolları və məişət əşyalarının oğurlandığı məlum olub.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rahid İbişov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az