Bakıda sərnişin avtobusunda növbəti qalmaqal – Yaşlı kişini təpiklədirlərbackend

Bakıda sərnişin avtobusunda növbəti qalmaqal – Yaşlı kişini təpiklədirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a sərnişinlər məlumat verib. Məlumata görə, hadisə ötən gün 17:30 radələrində \”AzDrama\”nın yaxınlığında qeydə alınıb.

Belə ki, 65 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişinlər arasında mübahisə yaranıb. Əlində əsa ilə avtobusa daxil olan yaşlı kişi sərnişinlərdən pul istəyib.

Bu zaman yaşlı qadınlardan biri qoca kişinin üzərinə hücum edərək onu təpikləyib. Xəsarət alan yaşlı kişi digər sərnişinlərin köməkliyi ilə avtobusdan uzaqlaşdırılıb.

Bundan sonra sərnişinlərlə qoca qadın arasında mübahisə baş verib. Sərnişinlər qoca qadını kişini təpiklədiyinə görə sərt şəkildə qınayıblar.

Məsələ ilə əlaqədar olaraq, sözügedən marşrut xəttinin sahibi \”Xaliq Faiqoğlu\” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, sözügedən məsələ ilə bağlı araşdırma gedir. Yaxın saatlarda daha ətraflı məlumat veriləcək.

İnterpress.az