İnterpress.az APA-ya istinadən verdiyi məlumata görə, Nikol Paşinyan bildirib ki, bu gün üçün hökumət nümayəndələri ilə görüş təklif etsə də, ötən gün məlum olub ki, baş nazirin vəzifələrini icra edən Karen Karapetyanla görüş baş tutmayacaq.
Nikol Paşinyan bəyan edib ki, hakim partiya hakimiyyəti saxlamaq istəyir, buna görə də aksiyalar bu gündən bərpa olunur. Aksiyalarda hakimiyyətin dəyişməsi tələb olunur.
Qeyd edək ki, aprelin 13-də başlayan aksiyalar aprelin 23-də baş nazir Serj Sarkisyanın istefa verməsi ilə dayandırılmışdı.
İnterpress.az