İnterpress.az xəbər verir ki, rayonun Heydər Əliyev prospketində baş verib. Belə ki, hərəkətdə olan 15 BL 345 dövlət nömrə nişanlı VAZ 21 07 markalı minik avtomobili ilə 10 MU 968 dövlət nömrə nişanlı \”Mercedes\” markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Elə buna görə də, nəqliyyat vasitələrinin sürücüləri arasında mübahisə baş verib. Mübahisə daha sonra onların əlbəyaxa davasına çevrilib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəqliyyat vasitələri duracağa, sürücülər isə rayon polis şöbəsinə aparılıb.
Hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az