Samur-Abşeron kanalından naməlum qadın meyiti tapılıbbackend

Samur-Abşeron kanalından naməlum qadın meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, aprelin 26-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunun Ağbaş kəndi ərazisində 1 nəfərin Samur-Abşeron kanalına düşməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanan qadın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Onun kimliyi dəqiqləşdirilir.

İnterpress.az