Sabahın hava proqnozu – 27 dərəcə isti olacaqbackend

Sabahın hava proqnozu – 27 dərəcə isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterpress.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 9-11, gündüz 19-24, Bakıda gecə 9-11, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 22-27, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

İnterpress.az