\”Biz də adət var, birini vəzifəyə təyin edəndə camaat zəng edib təbrik edir onu. Vəzifə ehtiyyac deyil, məsuliyyətdir\”.
İnterpress.az xəbər verir ki, bunu ilahiyyatçı Hacı Şahin Həsənli məsciddə etdiyi çıxışlarının birində deyib. İlahiyyatçı vəzifə sahiblərinin xəyanət etməsinin əvəzinin Cəhənnəmin ən şiddətli əzabı olduğunu vurğulayıb:
\”Adından da bəlli olduğu kimi, vəzifə yükdür. Bunu sənə veriblər ki, insanlara xidmət edəsən. Öz də çox təhlükəlidir vəzifə sahibin xəyanət etməsi. Cəhənnəmdə neçə dəstə var ki, xüsusi əzaba düçar olacaq. Onlar o insanlardır ki, vəzifələrindən sui-istifadə edib insanlara zülm edirlər. Bunların xüsusi əzabı var. Məqam vəzifə insan üçün məsuliyyət gətirir\”.
Hacı Şahin qeyd edib ki, Allah insanı hadisələr vasitəsi ilə sınayır: \”Gün ərzində insanın başına gələn bütün hadisələr onun üçün imtahan vasitəsidir. Allah insanı hadisələr vasitəsiylə sınayır. Hər hadisə ki, insanın qarşısına çıxır, o hadisələrin müqabilində insanın vəzifəsi var. Gərək insan vəzifəsini tapa bilsin. Ona görə də, insana hadisədən çox öz vəzifəsinə diqqət etməsi lazımdır. Biz bəzən hadisələrə görə dua edirik ki, İlahi bunu ver mənə, amma bunu vermə. Amma daha çox bu hadisə müqabilində tutduğumuz mövqeyi nəzərdən keçirməliyik. İstənilən hadisə və istənilən nemət bizim boynumuza vəzifə gətirir. Əsas məsələ budur. Allah sənə var-dövlət veribsə sevinmə. Bil ki, sənin boynuna vəzifə gəldi. Ona görə verib. O vəzifə nədir? O vəzifə budur ki, həmin var-dövləti Allah istəyən yerlərə xərcləyəsən. Bunu edə bilsən, onda sevin. Mühüm olan var-dövlət deyil, mühim olan var-dövlət müqabilində sənin hansı mövqe tutmağın olacaq. Allah birdən səndən verdiklərini aldı və sən yoxsul oldun. O saat demə ki, nəsə pis bir hadisə baş verdi. Fikirləş ki, Allah bunu səndən aldısa sənin vəzifən nədir bundan sonra. Vəzifən budur ki, ALlaha şükür edəsən\”.
İnterpress.azhttps://youtube.com/watch?v=ySpxeFsAuvY