Bu haqda İnterpress.az-a DİN-dən məlumat verilib.
Məlumatla əlaqədar darhal Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, gecə saat 1 radələrində G.Mehmandarov küçəsindəki mağazaya gəlmiş 2 maskalı şəxs satıcını bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək kassadakı 230 manat pulu aparıblar.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 35-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri Fərid Hacıyev və əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə olduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az