Cəlilabadda avtomobil qaz borusuna çırpıldı – Xəsarət alan var – FOTObackend

Cəlilabadda avtomobil qaz borusuna çırpıldı – Xəsarət alan var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib. Belə ki, yüksək sürətlə hərəkətdə olan VAZ 21 06 markalı minik avtomobili idarəetmən itirib və yolun kənarındakı qaz borusuna çırpılıb. Qaz borusu zərbənin təsirindən partlayıb.

Nəticədə sürücü yüngül bədən xəsarətləri alıb.

Yaralı dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdrıma aparılır.

İnterpress.az

Cəlilabadda avtomobil qaz borusuna çırpıldı - Xəsarət alan var - FOTO