Ötən gün Xəzər, Qaradağ və Sabunçu rayonlarında itkin düşmə faktları qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Zeynəb Şahsuvarova yaşadığı Şüvəlan qəsəbəsindəki evdən çıxdıqdan sonra geri qayıtmayıb. 2002-ci il təvəllüdlü Tapdıq Cəfərov isə Ələt qəsəbəsində itkin düşüb. Azyaşlının itməsi barədə məlumatı polisə onun yaxınları verib.
Bakıxanov qəsəbəsində yaşayan Teymur İsmayılov isə oxuduğu məktəbdən dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.
Hər üç faktla bağlı aidiyyatlı polis bölmələrində axtarış tədbirlərinə başlanılıb. ( olke.az )
İnterpress.az