Metroda cibgirlik edən qadın tutulubbackend

Metroda cibgirlik edən qadın tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən qadının qısa zamanda müəyyən edərək “isti izlər”lə saxlayıblar.

Araşdırmalarla onun paytaxt sakini Vüsalə Zeynalzadə olduğu məlum olub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bir gün əvvəl metronun “N.Nərimanov” stansiyasında paytaxt sakini V.Eldarovanın içərisində 100 manatı, 2 ədəd yaddaş kartı və sənədləri olan pulqabısını oğurlaması da müəyyən edilib.

Saxlanılan şəxsin digər cinayətlərdə də iştirakının olub-olmaması araşdırılır.

İnterpress.az