\”Mən bayaq internetdə bir sujetə baxdım və çox narahat oldum. Yol polisi əməkdaşı bir qadın sürücünü saxlayır. Qadın sürücünü avtomobilindən düşürərək ondan sənədlərini tələb edirlər. Qadın da avtomobilindən düşün günahkar şəkildə sənədlərini təqdim edir. Qanuna görə yol polisi özü sürücüyə yaxınlaşmalıdır, sürücü yol polisinə deyil. Avtomobilin sürücüsü qanuna görə nəqliyyat vasitəsini tərk etməməlidir. Bundan əlavə Azərbaycanda qadına münasibət həddindən çox həssasdır. Yol polisi nəyə görə Azərbaycan qadınının avtomobilini saxlatdırıb onu yerə düşürməlidir?\”.
Bu fikirləri İnterpress.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Azərbaycanda yol polisinin sürücülərə qarşı davranışı heç Avropada belə yoxdur: \”Yəni, bu məsələlər göstərir ki, Azərbaycan cəmiyyətində müəyyən boşluqlar mövcuddur. Amma sevindirici hal odur ki, bu gün cəmiyyətdə sosial fəallıq mövcuddur. Narazı kütlə dərhal reaksiyasını verir və məsələnin həlli yolunun tapılmasına istiqamətləndirir. Sosial şəbəkədə də bu cür reasksiyal öz əksini tapır. İnsanlar məsələyə adekvat reaksiya göstərirlər. CƏmiyyətdəki səhvləri müzakirə mövzusuna çevirir və yaxud da cəmiyyətin uğurlarını şərh edirlər\”.
Millət vəkili yol polisini qadın sürücülərə qarşı həssas olmağa çağırıb: \”Mən bütün polisləri tənqid etmirəm. Azərbaycan polisinin sıralarında mənim şəxsən tanıdığım kifayət qədər insanlar var. Onlar işinə məsuliyyətlə yanaşan, nümunəvi polislərimiz kifayət qədərdir. Dediyim kimi müəyyən xoşagəlməz hadisələr olur, onu da biz tənqid edirik. Qanun qarşısında kişi sürücü də, qadın sürücü də bərabərdir. Bununla razıyam. Amma iş burasındadır ki, qanunda yol polisinin sürücüyə yaxınlaşmasını əks etdirən maddə yazılıb. Burada iki məqam var: 1) Nəyə görə sürücü yol polisinin avtomobilinə yaxınlaşmalıdır? Qanunda bu, nəzərdə tutulurmu, tutulmurmu? 2) Yol polislərinin də qadın qohumları var. Azərbaycanın da öz milli dəyərləri və milli mentaliteti mövcuddur\”.
\”Qeyd etdiyim kimi, qanunda nəzərdə tutulmayıb ki, sürücü yol polisinə yaxınlaşmalıdır. Müəyyən dəyərlərimiz var. Qadını avtomobildən düşürüb ayaq üstə durğuzub ondan sənədləri tələb etməyə nə ad vermək olar? Axı, 8 martda qadın sürücüləri saxlatıdırb onlara gül-çiçək hədiyyə edən Azərbaycan polisi olub. Yəni, biz istəyirik ki, Azərbaycanda bu çatışmazlıqlar aradan qaldırılsın. Bu boşluqlar doldurulsun. Təbii ki, qadın sürücülərlə bu cür rəftar etmək bütün polislərə şamil edilmir. Amma biri kifayət edir ki, biz də öz tənqidlərimizi edək\”, – deyə millət vəkili Aydın Mirzəzadə vurğulayıb.
Səid Qərib
İnterpress.az