Külli miqdarda narkotik dövriyyədən çıxarılıbbackend

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 27-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunda saxlanılan şəhər sakini Şamxal Eyvazovdan çəkisi 1 kiloqram 277 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

İnterpress.az