İntellektual, yoxsa erudit?backend

İntellektual, yoxsa erudit?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəmiyyətimizdə zaman-zaman belə sayıqlamalara rast gəlirik. Belə müzakirələr ictimai rəyə bataliyalarda iştirak edən şəxslərin intellektual, hansısa bir zümrəyə və mövqeyə malik olduğu təqdirdə təsir edir. Lalə Babayeva intellektual oyunlarda iştirak edir, Metropolitendə vəzifə tutur. Mətbuatda tez-tez intellektual sözü hallanır. Bir dəqiqə, siz hər adama niyə intellektual deyirsiniz? Məgər kimsə intellektual oyunlarda iştirak edibsə, üç-beş dəfə efirdə göstəriblərsə deməli o intellektualdır?

Ümumiyyətlə intellektual kimdir? Bilirsinizmi? Sosioloqlar üçün üçün intellektuallar öz yazı və danışıq qabiliyyəti ilə, onların məsğul olduğu kompitentlik sahəsindən kənara çıxaraq ictimai məsələlər haqqında bəzi hallarda tənqidi danışan şəxslərdir. Onların uğuru yaşadıqları cəmiyyətin göstəricilərinə əsaslanaraq özünü təsdiqləndirmək qabiliyyəti ilə bağlı olur.

Lalə Babayeva “Underground”da işləsə də, region əhalisi haqqında fikirləri onun intellektual, underground olmadığını göstərir. (Orta statistik vətəndaşımız üçün bildirim ki, underground submədəni mühiti, dərin bilikləri, məsələrə müxtəlif baxışları və analitik qabiliyyəti olan şəxslərə deyilir) O, maksimum erudit ola bilər. Erudit savadlı, müəyyən bilikləri olan insandır. Necə deyərlər, hər oxuyan Molla Pənah olmur…

İnterpress.az