Qaraçuxur qəsəbəsində 2010-ci il təvəllüdlü Əhmədzadə Vaqif Ağa oğlu idarə etdiyi velosipedlə Ağakişiyev Məhiyəddin Qaçay oğlunun idarə etdiyi “Mersedes Sprinter” markalı avtomaşının altına girib. Nəticədə 8 yaşlı uşaq hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, V. Əhmədzadə 141 saylı orta məktəbin 1-ci sinif şagiridi olub. (olkə.az)
İnterpress.az