Təhsil işçilərinin əmək məzuniyyətinin müddəti dəyişdibackend

Təhsil işçilərinin əmək məzuniyyətinin müddəti dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda təhsil müəssisələrində rəhbər işçilərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə və psixoloqlara verilən əmək məzuniyyətinin müddəti müəyyənləşib.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinin 118-ci (Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri) 2-ci hissəsinin “a” bəndinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara əmək məzuniyyəti 42 gün müddətinə veriləcək.

İnterpress.az