Abituriyentlər nəzərinə – Doğru cavablar bəlli oldubackend

Abituriyentlər nəzərinə – Doğru cavablar bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzdən İnterpress.az-a verilən məlumata görə, imtahan nəticələrinin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur.

Doğru cavab etalonları ilə DİM-in saytında tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarını və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının \”Elektron xidmətlər\” bölməsində >\”DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı \”> “Sual kitabçaları” və ya “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq.

Aprelin 1 və 15-də keçirilən sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını isə (pdf formatında) buradan əldə edə bilərsiniz.

İnterpress.az