Tanınmış həkim Bakcellin iç üzünü açdı – BU, OĞURLUQDURbackend

Tanınmış həkim Bakcellin iç üzünü açdı – BU, OĞURLUQDUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu dəfə \”Bakcell\”in soyğunçuluğu ilə tanınmış həkim-nevroloq Qalib Əsədov da rastlaşıb. Belə ki, Q.Əsədov \”Bakcell\”in abunəçisi olan ailə üzvlərinin də şirkətin basqın hücumuna məruz qaldığını bildirib.

\”Bu yaxınlardə mənim və ailə üzvlərimin \”Bakcell\” nömrələrindən konturlar sürətlə yoxa çıxırdı. Bu gün \”Bakcell\”in Sarayevo küçəsində yerləşən müştəri xidmətlərinə yaxınlaşdım. Üz gözündən zəhər yağan bir xanım nəyisə araşdırıb, kobud şəkildə dedi ki, güya, mən \”Qarışıq söz oyunu\” adlanan oyuna qoşulmuşam.

Mən and-aman elədim ki, nəinki mən, 80 yaşlı anam və ailə üzvlərimin heç birisi belə bir oyunun nə olduğunu ilk dəfə sizdən eşidirik. İnanmadılar. Mənə nömrə verdilər ki, bu oyun \”Simtoday\” şirkətinin oyunudur və bizə heç bir dəxli yoxdur. Nömrəsi də 0124041389-dur. Həmin şirkətə zəng etdim, özünü təqdim etməkdən boyun qaçıran bir xanım cavab verdi ki, hazırda sistemdə problem var və sizi oyundan silə bilmərik. Bunun adı nədir? Mən \”oğrusunuz\” dedim. \”Bakcell\”in nümayəndəsi isə bildirdi ki, bizim şirkətə oğru deyə bilməzsiniz, yoxsa, sizi məhkəməyə verə bilərik. Bəs, görən belə oyunbazlığa nə ad vermək olar, bir milyon müştərinin hərəsindən 1 manat oğurlayanda 1 milyon manat edir. Bəlkə, siz deyəsiniz BUNUN ADI NƏDİR? Mən \”OĞURLUQDUR\” deyirəm!!!! Əgər, \”Bakcell\” haqlıdırsa, məni məhkəməyə versin\”, – deyə tanınmış həkim- nevroloq Qalib Əsədov vurğulayıb.

İnterpress.az

Tanınmış həkim Bakcellin iç üzünü açdı - BU, OĞURLUQDUR