İnterpress.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bu il İlahiyyat İnstitutuna qəbul keçiriləcəyini bildirib: \”İnstituta 60 nəfər qəbul olunacaq. Hələlik İlahiyyat İnstitutu BDU-nun İlahiyyat fakültəsində fəaliyyət göstərəcək. Sonra isə instituta ayrıca yer verilməsi və yaxud ayrıca bir kampus tikilməsi məsələsi həll olunacaq\”.
Qeyd edək ki, fevralın 9-da Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.
İnterpress.az