İnterpress.az xəbər verir ki, \”Report\”un Şirvan bürosunun verdiyi məlumata görə, \”Veysəloğlu\” Şirkətlər Qrupunun Mingəçevir filialında çalışan Abdullayev Elvin Rafiq oğlu yaşadığı binadan çıxarkən 2 nəfərin hücumuna məruz qalıb. Naməlum şəxslər zərərçəkənin əlində olan çantanı alaraq qaçıblar. Məlumata görə, çantanın içərisində \”Veysəloğlu\” Şirkətlər Qrupuna məxsus 70 min manat vəsait olub.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az