İnterpress.az xəbər verir ki, bunu Britaniya parlamentinin deputatı, Mühafizəkarlar Partiyasının təmsilçisi Robert Sili bildirib.
Onun sözlərinə görə, milyader və “Legatum İnstitute” Araşdırma Mərkəzinin yaradıcısı Kristofer Çandler 2002-ci ildən Fransa kəşfiyyatının maraq dairəsinə düşüb. R.Sili əlavə olaraq deyib ki, Monako Təhlükəsizlik Xidməti bu barədə sənədləri Britaniya parlamentinin 4 üzvünə təqdim edib: “Sənədlər 1990-cı illərin ortalarından başlayaraq, 2005-ci ilə qədərki dövrü əhatə edir. Həmin dosyedə Kristoferin qardaşı Riçard Çandlerin də adı hallanır. Sənədlər milli təhlükəsizlik və çirkli pulların yuyulmasına aiddir”.
R.Sili sənədlərin doğruluğuna əmin olduğunu bildirib: “Fransa kəşfiyyatı, eləcə də onların Britaniya və ABŞ-dan olan həmkarları bunu təsdiqləyib”.
“Legatum İnstitute” ittihamları təkzib edib.
Qeyd edək ki, Kristofer Çandler Malta vətəndaşıdır. Kristofer və Riçard Çandler qardaşları 1990-cı illərin ortalarında Rusiyanın “Qazprom” dövlət şirkətinə sərmayə qoyublar. 2000-ci illərin əvvəlində isə “Forbes” jurnalı “Qazprom”a sərmayə qoymuş biznesmenlər arasında Çandler qardaşlarının şirkətinin üçüncü yerdə olduğunu yazıb. Həmin dövrdə Rusiya müəssisəsinin aksiyalarının 5 faizini qardaşlar alıbmış.
Çandlerlər 2004-cü ildə isə “Qazprom”un aksiyalarını satışa çıxarıblar. (report)
İnterpress.az