Anasının 12 min manatını oğurladıbackend

Anasının 12 min manatını oğurladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən 12.000 manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.

İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az