Tanınmış jurnalist intihar edəcəyini AÇIQLADI – FOTOFAKTbackend

Tanınmış jurnalist intihar edəcəyini AÇIQLADI – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bir müddət öncə işdən ayrılan jurnalist Səbuhi Məmmədli intihar edəcəyini bildirib. O, bu barədə \”Feysbuk\” sosial şəbəkəsindəki hesabından məlumat yayıb. S.Məmmədli evinin satıldğını, borclarının olduğunu və hamıya problem yaratdığını vurğlayıb:

\”Mən hər cür səhvlər etmişəm. Böyük qələtlər etmişəm. Vüsalə Məmmədova kimi ülvi bir adamın adı mənim qələtlərimin arasında hallanıb. Vüsalə Mahirqızına hansı ki, mənə 6 il dözüb, yalan demişəm. Hətta öz oğlumun, balaca Sədəfimin, canım Mişkalimə belə. Bunları niyə yazdım? Həyatın dibindəyəm. Burdan xilas yolu yoxdur. Öz axmaqlığımdan evim satılır. Öz axmaqlığımdan borclarım var. Öz axmaqlığımdan hamıya problem yaratmışam. İntiharmı? Bəlkə də. Amma ona da gücüm çatmır. Axı, yaşamaq istəyirəm?!\”

Qeyd edək ki, bir neçə gün bundan öncə jurnalist Səbuhi Məmmədli “APA holdinq”dəki işindən ayrılıb.

O,Lent.az saytında çalışırdı.

İnterpress.az

Tanınmış jurnalist intihar edəcəyini AÇIQLADI - FOTOFAKT