İnterpress.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib.
O bununla bağlı “Dərman vasitələri haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsinin nəzərdə tutulduğunu deyib:
“Artıq həmin dəyişiklikləri hazırlamışıq. Səhiyyə Komitəsinin sabahkı iclasında bunu müzakirə edəcəyik. Həmin dəyişikliklərədə farmokonəzarətin güncləndirilməsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələr nəzərə alınıb”.
Millət vəkili bildirib ki, bu dəyişikliklər qəbul edildiyi halda, dərman vasitələrinin saxlanması, satılmasında, dövriyyəsində neqativ halların aradan qaldırılmasına imkan verəcək.
“Həmçinin aptek, dərman şirkəti ilə səhiyyə müəssəsi arasında münasibətlər də tənzimlənəcək. Dərmanların təqdimatı ilə bağlı təlimatlar müəyyən orqanlar tərəfindən veriləcək. Dərman satan təşkilatının səhiyyə müəssisəsinə daxil olub, həkimlərlə söhbət aparması üçün yuxarı təşkilatların icazəsinin tələb olunacaq. Reseptlərin verilməsində nömrələlilik, dərmanın tərkibinin yazılması məsələləri nəzərdə tutulub”.
İnterpress.az