Azərbaycanın tanınmış yazıçısı silahlıların əhatəsində – Hər an atəş açıla bilər – FOTObackend

Azərbaycanın tanınmış yazıçısı silahlıların əhatəsində – Hər an atəş açıla bilər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yazıçı çapa hazırlanan yeni kitabının sujet xəttinə uyğun olaraq bəzi məlumatları toplamaq üçün Afrikaya səfər edib. O, Afrikada qəbilə formasında yaşayan tayfalarla görüşüb. Heç bir dövlətə tabe olmayan qəbilə tayfaları ilə görüş zamanı maraqlı və eyni zamanda, təhlükəli anlar yaşadığını bildirib.

Yazıçı ibtidai icma formasında yaşayan qəbilə sakinləri ilə görüş zamanı onların üzərində silah gəzdirdiyini bildirib. R.Abdullaoğlu onların bu silahı özlərini qorumaları üçün istifadə etdiklərini vurğulayıb:

“Afrika qəbilələrində diqqətimi çəkən məqamlardan biri də bu tayfaların ibtidai yaşam tərzlərinə baxmayaraq, əllərində \”kalaşnikov\” avtomatının olması idi. Elə buna görə də, bu tayfaların içinə icazəsiz, bələdçisiz daxil olmağı məsləhət bilmirlər.“Kalaşnikov” bu tayfaların sevimli silahlarıdır. Onlar anlayırlar ki, özlərini müdafiə üçün artıq oxun, nizənin vaxtı keçmişdir. Bu qəbilələr silahları Somali, Sudan, Eritreya kimi hərbi münaqişələr gedən qonşu ölkələrdən alırlar. Heyvanlarından başqa heç bir mülkləri olmayan bu tayfalar silahı inək, keçi müqabilində dəyişirlər”.

R.Abdullaoğlu tayfa sakinlərinin silahla hər an atəş aça biləcəklərini vurğulayıb: “İlk dəfə gördüyümdə silah daraqlarının ya boş və ya qismən boş olduğunu düşünürdüm. Lakin sonradan silah daraqlarının tam dolu olduğunu gördüm. Onu da qeyd edim ki, dövlət bu tayfaların işinə müdaxilə etmir. Onlar da ehtiyac olarsa, çox rahatlıqla silahdan əks tərəfə qarşı istifadə edə bilirlər. Yəni, silah hər an atəş aça bilər”.

Yazıçı qeyd edib ki, ibtidai tərzdə yaşayan tayfa nümayəndələrinin başçıları arasında Amerikanın nüfuzlu Harvard universitetində təhsil alanları da var. Onun sözlərinə görə, sözügedən qəbilə başçılarının Amerikada təhsil almasına baxmayaraq, qəbilələrinə döndükləri zaman qəbilə qayda-qanunlarına uyğun olaraq geyimlərini dəyişir və ibtidai tərzdə yaşamaq qaydalarına riayət edirlər.

Yazıçı onların bu cür həyat tərzini seçmələrini inancları ilə əlaqəli olduğunu vurğulayıb.

İnterpress.az

Azərbaycanın tanınmış yazıçısı silahlıların əhatəsində - Hər an atəş açıla bilər - FOTO