Ailəsinin evdən qovduğu müəllim küçələrdə öldübackend

Ailəsinin evdən qovduğu müəllim küçələrdə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1965-ci il təvəllüdlü Sultanəli Məmmədov uzun illərdir ki, tüfeyli həyat tərzi keçirir. Ötən gün rayonun Qarabağ küçəsində halı pisləşən S.Məmmədovu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparsalar da orada vəfat edib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırmalara başlanılıb. Məlum olub ki, 4 il öncə Sultanəli Məmmədovu ailə üzvləri döyüb evdən qovublar. Şüşə qablar yığıb satmaqla dolanan kişi küçələrdə qalaraq tüfeyli həyat tərzi keçirməyə başlayıb. 2 ay öncə tanıdığı insanlar onu xəstəxanaya yerləşdirsələr də kimsəsizlikdən xəstəxanada da müalicə ala bilməyib.

Qeyd edək ki, S.Məmmədov uzun illər müəllim kimi çalışıb. (ölkə.az)

İnterpress.az