İlkin olaraq, EBRD Abramoviçdən və onun tərəfdaşlarından 17,5 milyon dollar tələb edib. Hazırda tələb edilən məbləğ faiz və dəbbələr üzündən 46 milyon dollara qədər yüksəlib.
İnterpress.az xəbər verir ki, 2005-ci ildə EBRD İsveçrə məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “Runicom SA.”dan pulunu tələb edib. Bu zaman bank 2002-ci ilin dekabr ayında Moskva bankının 17,5 milyon dollarlıq iddianı haqlı tanımasını əsas gətirib.
Eyni zamanda, “Runicom SA” müflis elan edilib. Bu səbəbdən EBRD şirkətin keçmiş direktorları Roman Abramoviç və Yevgeni Şvidlerə, o cümlədən “Sibneft” şirkətinə qarşı iddia qaldırıb.
“Runicom”un borcunu EBRD-yə üçüncü tərəf – “SBS-Aqro” bankı ötürüb. Həmin bank isə, öz növbəsində, EBRD bu quruma Rusiyada kiçik biznesin dəstəklənməsi proqramı çərçivəsində borc verdikdən sonra bağlanıb. (virtualaz.org)
İnterpress.az