İnterpress.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 70,4% çoxdur.
2017-ci ildə səhmdar cəmiyyətin uzunmüddətli aktivləri 7 dəfə artaraq 4,759 mln. manata, qısamüddətli aktivləri isə 61,6% artaraq 66,231 mln. manata çatıb.
Hesabat dövründə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı”nın cəmi öhdəlikləri 61,8% artaraq 67,302 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 8 dəfə artaraq 4,656 mln. manat, qısamüddətli öhdəlikləri 52,7% artaraq 62,646 mln. manat, cəmi kapitalı isə təxminən 55 dəfə artaraq 3,689 mln. manat olub.
Səhmdar cəmiyyət ötən ili 3,621 mln. manat mənfəətlə başa vurub. Habuki, qurum əvvəlki ildən 32,5 min manat zərərlə çıxmışdı.
Xatırladaq ki, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC 2016-cı ilin oktyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 100 min manatdır.
İnterpress.az