Məsələni dəqiqləşdirmək üçün “Ölkə.Az”ın əməkdaşı Səlim Müslümovun mobil telefonuna zəng edib.
Telefona cavab verən və özünü Səlim Müslümovun köməkçisi kimi təqdim edən şəxs xəbərin yalan olduğunu bildirib.
O deyib ki, hazırda Səlim Müslümov istirahət edir və səhhətində heç bir problemi yoxdur:
“Səlim müəllim infakt keçirməsi və təcili xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlər doğru deyil. Onun səhhətində hər hansı problemi yoxdur. Hazırda isə evində istirahət edir”.
Xatırladaq ki, Səlim Müslümov 2018-ci ilin aprelində əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.
İnterpress.az