İranın mərkəzi hissəsində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 133-ə çatıb.
Onlardan əksəriyyətinə yerindəcə tibbi yardım göstərilib, 32 nəfər isə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Yerin 8 km dərinliyində baş verən zəlzələ nəticəsində bəzi yerlərdə elektrik verilişi dayanıb, binalarda çatlar əmələ gəlib.
İnterpress.az