Əlillərlə bağlı yeni qanun layihəsi qəbul edildibackend

Əlillərlə bağlı yeni qanun layihəsi qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qanun layihəsi barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Komitə sədri qeyd edib ki, qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir.

Qanun layihəsi əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

İnterpress.az