İnterpress.az xəbər verir ki, mayın 9-da “Qələbə” paradında nümayiş etdirilməsi planlaşdırılan “Kinjal” hipersəs raketləri artıq geniş şəkildə istifadə olunur.
““Miq-31” bu raketləri lazımi yüksəklikdə, tələb olunan sürətə çatdırmağa daha çox qadir qırıcıdır. Bunu qeyd etmək istəyirəm ki, bu ekzotika deyil. Bu gün artıq on qırıcı bu raketlərlə silahlanmış halda təcrübi-döyüş növbətçiliyindədir. Onlar şəraitdən asılı olaraq bu raketləri işə salmağa tam hazırdırlar” – Rusiya Müdafiə nazirinin müavini Yuri Borisov “Zvezda” kanalında bəyan edib.
O bu silahın yeni texnologiya olduğunu və uzaq məsafələri asanlıqla vurmağa qadir bir raket olduğunu bildirib. Borisovun sözlərinə görə bu raket demək olar ki bütün hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemlərini aşmağa qadir, çox güclü potensiala malik bir silahdır.
Qeyd edək ki, əvvəl xəbər verdiyimiz kimi “Kinjal” raketləri ilə təchiz olunmuş MİQ-31 qırıcıları mayın 9-da Moskvada keçiriləcək “Qələbə” paradında iştirak edəcək.
İnterpress.az