İnterpress.az xəbər verir ki, bu barədə “Report”a echo.az saytının redaksiyasından məlumat verilib.
Allah rəhmət eləsin!
Rauf Talışinski 16 noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
“Molodyoj Azerbaydjana\”, \”Vışka\” və \”İzvestiya\” kimi qəzetlərdə çalışıb. 1990-cı ildən \”Ayna\”/ \”Zerkalo\” qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb.
Rauf Talışinski 27 Yanvar 2001-ci ildən “Exo” qəzetinin baş redaktoru idi. Rauf Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
İnterpress.az