DİN Sabirabaddakı dəhşətli qəza ilə bağlı məlumat yayıbbackend

DİN Sabirabaddakı dəhşətli qəza ilə bağlı məlumat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, məlumatda bildirilib ki, mayın 7-də, saat 09:00 radələrində Sabirabad rayonunun Şəhriyar kəndindəki pambıq sahəsinə işləməyə gedən kənd sakini Əjdər İmanovun idarə etdiyi “Belarus-892” markalı traktorun qoşqusu ayrılaraq Şorsu kanalının kollektoruna aşıb.

Nəticədə qoşquda olan arvadı Məlahət İmanova, qohumları Günay Qasımova, Xəyalə Həsənova, Elnarə Məlikova, onun qızları Zəhra və Fatma suda boğulublar.

Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az