İnterpress.az xəbər verir ki, Bakı vaxtı ilə axşam saatlarında Ağ Evdə mətbuat konfransı ilə çıxış edəcək. ABŞ prezidenti razılaşmadan imtina edib-etməyəcəyi barədə qərarını dünyaya elan edəcək.
Sazişin tərəfdarı olan şəxslər Ağ Ev qarşısında nümayişlər keçirir.
Qeyd edək ki, müqavilə İranla ABŞ, Çin, Rusiya, Almaniya, Fransa, İngiltərə arasında imzalanıb. Razılaşma İranın nüvə layihəsinə məhdudiyyətlər qoymasını və qarşılığında bu ölkəyə tətbiq edilən sanksiyaların dayandırılmasını nəzərdə tutur. Lakin ABŞ İranı gizli fəaliyyətdə və raket sınaqlarında ittiham edir. (qaynarinfo)
İnterpress.az