Gürcüstanda 2 Azərbaycan vətəndaşı saxlanılıbbackend

Gürcüstanda 2 Azərbaycan vətəndaşı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib. O bildirib ki, mayın 7-də Gürcüstan-Türkiyə sərhədində yerləşən “Kartsaxi” sərhəd-keçid məntəqəsində 1969-cu təvəllüdlü S.E. və 1982-ci il təvəllüdlü P.Ş. adlı Azərbaycan vətəndaşları saxlanılıb: “Onların maşınında axtarış zamanı 1400 ədəd “suboksin” həbi aşkarlanıb”.

Gürcüstan DİN faktla bağlı istintaq aparır. Saxlanılan şəxsləri 15 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

İnterpress.az