Dilqəm Əsgərovun qardaşı azadlığa buraxıldı – FOTObackend

Dilqəm Əsgərovun qardaşı azadlığa buraxıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiyada həbs olunan azərbaycanlı Ağəli Əsgərov bu gün azadlığa çıxıb.

Qeyd edək ki, A.Əsgərov qardaşı D.Əsgərov ermənilər tərəfindən girov götürüldükdən sonra Rusiyanın paytaxtı Moskva şəhərində həbs olunmuşdu. O, 2014-cü ilin dekabrında həbs olunmuşdu.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz \”məhkəmə\”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Dilqəm Əsgərovun qardaşı azadlığa buraxıldı - FOTO

İnterpress.az