İnterpress.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Belə ki, idman zalına gedən 17 yaşlı qız müəllimi tərəfindən zorla İŞİD-ə üzv olduqdan sonra dəfələrlə cinsi təcavüzə məruz qalıb. Valideynlərinin şübhələrindən sonra İŞİD-ə qoşulan qız terrorçu müəllimi ilə birlikdə xaricə qaçırılan zaman hava limanında saxlanılıb. İŞİD-çi müəllimin isə 2016-ci ildə Atatürk hava limanında törədilən terror aktını törətməkdə şübhəli təqsirli olduğu üzə çıxıb.
17 yaşlı məktəbli qız D.A. döyüş idmanını öyrənmək üçün idman zalında qeydiyyatdan keçib. Hər gün orta məktəbdən dərsdən qayıdan qız idmana gedib döyüş qaydaları ilə bağlı idman dərsi keçirmiş.
Valideynlərinin sözlərinə görə, məktəbli qız idmana başladığından 2-3 ay sonra aqressivləşməyə başlayıb.
Qızlarının İŞİD terror təşkilatının əlinə düşdüyündən şübhələnən ana L.A ilə ata B.A prokurorluğa müraciət edib. Prokurorluq tərəfindən ifadəsi alınan ana L.A bildirib ki, qızının hərəkətlərindən şübhələndikdən sonra çantasına baxıb: \”Çantada brilyant üzük görüncə onun nə olduğunu qızımdan soruşdum. Qızım isə idman müəllimi olan Əbu Bəkr ləqəbli Bekham E. tərəfindən dəfələrlə zorlandığını və məcbur qalıb onunla evləndiyini bildirdi. Qızım dedi ki, o, məni zorlayandan sonra, məni şantaj etdi və ölümlə hədələdi. Mən də məcbur olub onunla evləndim\”.
Daha sonra məktəbli qız İŞİD-çi sevgilisinin digər qadınla evli olduğunu və hətta bir övladının da olduğunu bildirib. Amma onun evli olmasının buna görə heç bir problem daşımadığını qeyd edib.
Qız daha sonra anasına polis əməkdaşı olan atasının da, digər dövlət qurumlarında işləyənlərin də kafir olduğunu vurğulayıb.
Məhkəmədə ifadə verən qız bildirib ki, İŞİD-çi sevgilisi olan idman müəllimi qızın evlənməyəcəyi təqdirdə onu öldürəcəyini bildirib: \”Mən də bundan qorxduğum üçün nikaha girdim\”.
Qeyd edək ki, məhkəmədən sonra İŞİD üzvü olan idman müəllimi, Əbu Bəkr ləqəbli Bekham Ezerxanov, İbrahim Esen və Növə Balaxanov saxlanılıb. Daha sonra İbrahim Esen sərbəst buraxılıb, Bekham Ezerxanov ilə Növə Balaxanov \”silahlı terror təşkilatına üzv olma\”, \”yetkinlik yaşına çatmayan azyaşlını cinsi istismara məruz qoyma\” və \”uşağı təhdid edərək kölə etmə\” maddələri ilə həbs olunub.
Araşdırmalar nəticəsində Bekham Ezerxanovun 28 iyun 2016 tarixində İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən və 42 adamın həyatını itirdiyi Atatürk Havalimanındakı terror aktını törətdiyi məlum olub.
İnterpress.az