Bu barədə İnterpress.az-a yanğın baş verən 273 nömrəli tam orta məktəbdən məlumat verilib.
Belə ki, dərs zamanı orta məktəbin anbarında yanğın başlayıb. Məktəbin bütün müəllim-şagird heyəti təxliyyə olunub.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.
Yanğın söndürülüb.
Orta məktəbdən bildirilib ki, yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
Yanğın nəticəsində heç bir xəsarət hadisəsi baş verməyib.
İnterpress.az