Merkel: “Avropa artıq ABŞ-a ümid bəsləməməlidir”backend

Merkel: “Avropa artıq ABŞ-a ümid bəsləməməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın “Sptunik International”a istinadən verdiyi xəbərə görə, Almaniya kansleri bu sözləri ABŞ-ın İranla bağlanmış nüvə sövdələşməsindən çıxmasını şərh edərkən deyib.

“ABŞ artıq bizi qorumaq iqtidarında deyil, Avropa öz taleyini özü həll etməlidir, bu bizim gələcəyə olan vəzifəmizdir”, – deyə Merkel qeyd edib.

A.Merkel bundan əvvəl Almaniyanın İranla nüvə sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdə davam edəcəyini bəyan edib.

Onun sözlərinə görə, ABŞ-ın sövdələşmədən çıxması böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, D.Tramp iyunun 8-də ABŞ-ın nüvə sazişindən çıxdığını bəyan edib.

İnterpress.az