Baş nazir Nikol Paşinyan bu vəzifəyə fövqəladə hallar naziri səlahiyyətlərinin icraçısı David Tonoyanın təyin olunacağını açıqlayıb. “Deyə bilərəm ki, David Tonoyan bu gün müdafiə naziri təyin olunacaq”, – deyə N. Paşinyan hökumətin iclasından sonra bildirib.
Xatırladaq ki, müdafiə naziri Vigen Sarkisyan mayın 8-də vəzifəsindən istefa verib. O, 2016-cı ilin oktyabrından bu vəzifədə çalışırdı.
D. Tonoyan 1967-ci ildə Qazaxıstanda doğulub. 1991-ci ildə İrəvan Dövlət Universitetini, 1997-ci ildə Rusiya Hərbi-Diplomatik Akademiyasını bitirib. Ermənistanda əvvəlcə DİN, sonra Müdafiə Nazirliyi sistemində çalışıb. 2004-cü ildə Ermənistanın NATO-dakı nümayəndəsi, 2007-ci ildə Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq və müdafiə proqramları idarəsinin rəisi, 2009-cu ildə MN-in müdafiə siyasəti idarəsinin rəisi, 2010-cu ildə müdafiə nazirinin 1-ci müavini vəzifələrinə təyin olunub.(APA)
İnterpress.az