APA-nın cənub bürosunun məlumatına görə, rayon ərazisində baş verən hadisə zamanı 01-BC-270 dövlət nömrə nişanlı, \”VAZ 2106\” markalı avtomobil ilə 10-XV-829 dövlət nömrə nişanlı, \”Merсedes\” markalı avtomobil toqquşub.
Nəticədə rayonun Hişkədərə kənd sakini, 1987-ci il təvəllüdlü Aqil Novruzəli oğlu Bədəlov və Şərəfə kənd sakini, 1999-cu il təvəllüdlü Orxan Ağa oğlu Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili yardım maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İnterpress.az