Hacıqabulda “Spays” narkotik vasitəsini satanlar saxlanıldıbackend

Hacıqabulda “Spays” narkotik vasitəsini satanlar saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul sakini, 1995-ci il təvəllüdlü Əliyev Sədail Mais oğlu saxlanılarkən onun üstündən 0,061 qram “spays” götürülüb.

Məlum olub ki, S.Əliyev həmin narkotik vasitəni Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Şükürov Fərid İlham oğlundan, sonuncu isə həmin narkotik vasitəni həmyerlisi 1987-ci il təvəllüdlü Qəhrəmanov Arif Rəcəb oğlundan əldə edib. S.Əliyev narkotik vasitəni saxlama, digərləri barəsində isə narkotik vasitənin satışı maddəsi ilə cinayət işi açılıb. Hər 3 şəxs saxlanılıb.

İnterpress.az