İnterpress.az APA-ya istinadla xəbər verir ki, hərəkat üzvlərinin bir qrupu polis cərgəsini yararaq parlamentin binası istiqamətində hərəkət etməyə başlayıb.
Polis bir neçə hərəkat üzvünü saxlayıb.
Hərəkat fəalları parlamentin binası qarşısında keçirilən etiraz aksiyasının dayandırılmasını tələb edirlər.
Parlamentin binası qarşısında isə gərginlik yaşanıb. Etiraz aksiyasının əleyhinə olan ictimai fəal Giorgi Qabedava 9 aprel qurbanlarının xatirəsini yad etmək istəsə də, polis onun memorial abidəyə yaxınlaşmasına icazə verməyib. G.Qabedava polisə tabe olmadığına görə saxlanılıb.
İnterpress.az