APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Rabil Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada 1986-cı il təvəllüdlü Arzu Quliyevi vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
İnterpress.az