Evə girərək qadının əl-ayaqlarını bağlayaraq quldurluq edən şəxslər saxlanılıbbackend

Evə girərək qadının əl-ayaqlarını bağlayaraq quldurluq edən şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, martın 17-də “102 – Zəng Mərkəzi” Xidmətinə Ucar rayonunun Müsüslü kəndində yaşayan Z.Əliyevanın evinə girən 2 maskalı şəxsin onun əl və ayaqlarını yaylıqla bağlayaraq oradan 1000 manat dəyərində qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub.

DİN-in Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalarla onların kənd sakinləri Rəcəb Hüseynov və Anar Hüseynov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az