İnterpress.az xəbər verir ki, “Xətai” stansiyasındakı sərnişinlərə yaranmış nasazlıqla əlaqədar qatarın müəyyən müddət platformada qalacağı bildirilib.
Bu xəbərdarlıqdan sonra sərnişinlər arasında təşviş yaranıb və onlar vaqonları tərk etməyə başlayıblar.
Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, gecikməyə səbəb adı çəkilən stansiyalar arasındakı tuneldə elektrik xətlərində yaranmış qısaqapanma olub. Son nəticədə tuneldə tüstülənmə baş verib.
İnterpress.az